Samux rayonunda fermer işləyən Nəriman Məmmədovun 25 hektar taxıl sahəsinin əksər hissəsinə pas xəstəliyi düşüb. Erkən çiçəkləmiş 100-ə yaxın meyvə ağacları isə şirələnib, yəni məhsuldarlıqdan söz gedə bilməz.
Nəriman Məmmədov: «Hazırda təsərrüfatlarda hansısa aqrotexniki becərmə aparılması qeyri-mümkündür. Demək olar ki, bütün işlərin aparılması iflic vəziyyətinə düşüb. Taxıllara pas xəstəliyi düşüb, qarşısını ala bilmirik, halbuki mümkündür. Əriklərə ziyan dəydi, 30 faiz məhsul gözlənilir».
YAZLIQ ƏKİNLƏRİN HAMISI MƏHV OLUR
Başqa bir fermer Mamed Ələkbərov isə əsasən üzümçülüklə məşğuldur. 25 hektar üzüm sahəsi var. Yem bitkiləri də əkib. Deyir ki, yağışlı hava üzüm sahələrinə qulluğa imkan vermir. Bundan başqa, yazlıq əkinlərin hamısı məhv olur:
«Üzümlərdə müalicə getməli idi, dərman çiləmə aparmalıydıq, yağış imkan vermədi. Yazlıq bitkilər səpmişik temperatur yoxdu, inkişaf yoxdur. Taxıllarda pas xəstəliyi var, qarşısını ala bilmirik. Xeyli alça ağacı var idi, müalicə edə bilmədik artıq qurdlayıb. Meyvələr demək olar ki, yox kimi bir şeydir».
Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov deyir ki, yağışlar məhsuldarlığa ciddi ziyan vurub və bu vəziyyət qərb bölgəsinin bir neçə rayonunda mövcuddur:
YAĞIŞ 25 FAİZ MƏHSULDARLIĞA ZİYAN VURACAQ
«Əvvəllər yağış 1 həftə, 5 gün yağandan sonra hava mülayimləşirdi, torpaqda istilik olurdu. İnkişaf gedirdi. Amma uzun müddətdir ki, yağışlar ara vermir və bu taxılda xəstəliklərin əmələ gəlməsinə səbəb olub. Artıq nəmlik yüksəlir, havalanma olmur və pas xəstəliyinin yayılmasına zəmin yaranır. Müşahidələr göstərir ki, Yevlax, Goranboy, Samux rayonlarında fermer təsərrüfatlarında pas xəstəliyi yayılıb. Bu, 25 faiz məhsuldarlığa ziyan vuracaq. Ərik, gilas və alça çiçək açıb tozlanmışdı, yağış onu yuyur və tozlanma getmir, məhsuldarlığa ciddi ziyan vurur».
Ziyad Abbasov deyir ki, bu il bölgədə 32 min hektar taxıl əkilmişdi və 110 min ton taxıl gözlənilirdi. Bu vəziyyətdə isə 20 min ton daha az məhsul əldə olunacaq.
QİYMƏTLƏR MÜTLƏQ QALXACAQ
İqtisadçı Azər Mehtiyev də deyir ki, yağışların təsərrüfata vurduğu ziyan mütləq bahalaşma ilə nəticələnəcək:
«Bu hava şəraiti kənd təsərrüfatı istehsalına ciddi ziyan vurub. Bu da ölkədə kənd təsərrüfatı məhsullarının azalmasına, dolayısıyla qiymətlərin artmasına gətirib çıxaracaq. Qiymətlər mütləq qalxacaq. Bu həm də ondan asılı olacaq ki, ölkəyə kənardan nə qədər məhsul gətiriləcək? Hər halda qiymətin qalxması qaçılmazdır».
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik Şöbəsinin müdiri Sabir Vəliyev isə jurnalistlərə açıqlamasında deyib ki, subasma nəticəsində taxıl əkininə və pambıqçılığa ziyan dəyib. Hətta yağmurlu havadan meyvəçiliyə də ziyan dəydiyini söyləyən S.Vəliyev bunun aradan qaldırılması üçün işlər aparıldığını diqqətə çatdırıb.