Ağcabədi şəhərinin yarıdan çoxunda evlər və həyətyanı sahələr su altında qalıb.105 ev qəzalı vəziyyətə düşüb. 1 orta məktəbin həyəti su ilə dolduğundan dərslər dayandırılıb.
Şəhərin 10 küçəsində və ətraf kəndlərində 800-ə yaxın yaşayış evi və həyətyanı sahəsi su ilə dolub. Suyun hündürlüyü 50-70 santimetrə çatır. 105 ev qəzalı vəziyyətə düşüb. Ağcabədi rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Əhmədov «APA»ya bildirib ki, son məlumatlara görə, rayon ərazisində 4 ev uçub.
Yerli sakinlər deyiblər ki, həyətyanı sahələrin və evlərin su ilə dolmasının əsas səbəbi şəhərin mərkəzi və ara küçələrində kanalizasiya xətlərinin olmamasıdır.
Ağcabədi şəhər İcra nümayəndəliyindən bildirilib ki, son 3 gün ərzində ayrı-ayrı küçə və prospektlərdə ümumi uzunluğu 3 kilometrdən artıq ötürücü su arxları çəkilib.
Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional İdarəsinin rəisi, polkovnik Niyazi Bayramov bildirib ki, yaranan vəziyyəti aradan qaldırmaq üçün əraziyə Yevlax və Bərdə rayonlarından yanğınsöndürən maşınlar da cəlb olunub.