Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:22

Amerikalı azərbaycanlılar toplaşma hüququnun pozulmasını tənqid edib


Amerikalı azərbaycanlılar Azərbaycanda azad toplaşma hüquqlarının pozulmasını tənqid edib.

Amerika hökumətindən Azərbaycandakı rejimə qarşı tədbirlər tələb ediblər.

Bu barədə Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatının yaydığı məlumatda deyilir.

Bəyanatda aprelin 26-da müxalifət nümayişçilərin, aprelin 30-da isə gənclərin Neft Akademiyasındakı qətliamla bağlı anım mərasiminin dağıdılması pislənir.

Eyni zamanda Avropa İnsan haqları məhkəməsinin jurnalist Eynulla Fətullayevlə bağlı qərarına əməl olunmaması, iki gənc bloqçu - Emin Milli və Adnan Hacızadənin, Müsavat gənclər təşkilatının sədri Tural Abbalının həbsi, jurnalist Elmar Hüseynovun qatilinin tapılmaması sadalanır.

Qeyd olunur ki, bu hallar Azərbaycan rəhbərliyini sivil hökumət normalarından kənarda qoyur və qarşıdan gələn parlament seçkilərinin etibarlı və legitimliyini şübhə altına salır.
XS
SM
MD
LG