Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 21:38
Azərbaycan Dövlət Neft Akademiyasındakı hadisələrin ildönümü ilə bağlı aksiyada iştirak etmək istədiklərinə görə, aprelin 29 və 30-da barələrində 10 günlük həbs qərarı kəsilən gənclərə yaxınları ilə görüş verilmir.

Bu barədə AzadlıqRadiosuna Binəqədidəki müvəqqəti saxlanma təcridxanasında saxlanılan Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının anası Başxanım Abbasova məlumat verib.

B. Abbasova deyib ki, o, üç dəfə oğlunun saxlandığı təcridxanaya getsə də heç birində görüşə icazə verilməyib.

Hazırda Binəqədidəki müvəqqəti saxlanma təcridxanasında bir necə gənc saxlanılır.

Onlardan ikisi Müsavat, ikisi də ADP Gənclər Təşkilatlarının üzvləridir.

Tural Abbaslı aprelin 29-da, ADP Gənclər Təşkilatının üzvü və digər müsavatçı isə aprelin 30-da saxlanılıblar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG