Keçid linkləri

Təcili xəbərlər
2023, 27 Yanvar, Cümə, Bakı vaxtı 12:14

İran sanksiyalardan qorxmur


İran beynəlxalq ictimaiyyətin istənilən yeni sanksiyasına və ABŞ-ın təzyiqlərinə davam gətirəcək. İran prezidenti Mahmud Əhmədinejat Nyu-Yorkda mətbuat konfransında çıxışı zamanı belə deyib.

Əhmədinejat bildirib ki, Tehran sanksiyalara şad deyil, ancaq onlardan da qorxmur. Prezident vurğulayıb ki, Şimali Koreyadan fərqli olaraq İran nüvə silahlarının yayılmasına dair razılaşmadan çıxmaq niyyətində deyil.

Bir neçə qərb dövləti İrana mübahisəli nüvə proqramına görə sanksiya qoyulmasına israr edir. Tehran bu iddiaları təkzib edir.
XS
SM
MD
LG