Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:38

Türkmənistanın Nabukkoya qoşulması təxirə düşür


Türkmənistanın Nabukko layihəsinə qoşulmasıyla bağlı sazişin imzalanması təxirə salınır.
Nabukko layihəsinin səhmdarlarından olan RWE enerji konserninin Təhcizat və Ticarət şöbəsinin direktoru Ştefan Yudiş mayın 4-də, Türkmənistan paytaxtı Aşqabadda jurnalsitlərə belə deyib.

RWE-nin İdarə heyətinin sədri Yurgen Qrossmanla birgə Türkmənistan rəhbərliyi ilə görüşən Yudiş bildirib ki, rəsmi Aşqabat layihəyə qoşulmaqla bağlı siyasi qərar verən kimi sazişi imzalayacaq. Amma bu, bizim ümid elədiyimiz vaxtda - 2010-cu ildə baş verməyə bilər.

Türkmənistanın qaz ehtiyatlarının zənginliyinə görə dünyanəın 4-cü ölkəsi olsa da, hələ ki, Rusiyadan keçmədən Avropaya qaz ixrac edəcək Nabukko layihəsiylə bağlı siyasi qərarını açıqlamayıb.
XS
SM
MD
LG