Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:36

Qırğızıstan hökuməti Bakiyevi mühakimə etmək üçün ölkəyə gətirir


Qırğızıstanın müvəqqəti hökuməti ötən ay hakimiyyətdən uzaqlaşdırdığı prezident Kurmanbek Bakiyevin ölkəyə ekstradisiyasl üçün hüquqi prosedurlara başlayıb.

Müvəqqəti hökumətin sözçüsü Fərid Niyazov bu gün deyib ki, keçid hökumətinin başçısı Roza Otunbayevanın imzaladığı və ötən həftə müvəqqəti hökumətin təsidqlədiyi sərəncamla Kurmanbek Bakiyevin toxunulmazlıq hüququ ləğv edilib.

Hökumətin sözçüsü Fərid Niyazov indiki qərarı belə əsaslandırıb:
“Dinc əhaliyə güllə atmağa imkan verməklə Kurmanbek Bakiyev toxunulmazlıq hüuqunu və eks-prezident statusunu itirmiş olub. Baş Prokurora göstəriş verilib ki, Bakiyevə qarşı cinayət içi açsınlar və onun ölkəyə gətirilməsini təmin etsinlər”.

Ötən ayki hadisələrdən sonra hakimiyyətdən uzalaşdırılan Kurmanbek Bakiyev indi Belorus paytaxtı Minskdədir. Bakıyevi dinc nümayişçilərə atəş açmaq əmri verməklə 85 nəfərin ölümünə, yüzlərlə adamın yaralanmasına səbəb olmaqda ittiham edirlər.
XS
SM
MD
LG