Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Yunanıstanda hökumət əleyhinə nümayişlər güclənir


Yunanıstanda hökumətin iqtisadi böhranla mübarizə üçün sərt qənaət tədbirlərinə etirazlar güclənib. Son aksiyaları kommunistlər təşkil edib. Etirazlar zamanı “Avropa, belə sərt tədbirlərə qarşı səssiz qalma!” kimi şüarlar səsləndilir.

Yunanıstan hökuməti müflislikdən qurtulmaq üçün Avropa Birliyi-Beynəlxalq Valyuta Fondunun ayırdığı 110 milyon avroluq yardımın əvəzində böhranla mübarizə üçün sərt qənaət tədbirlərinə əl atmaq öhdəliyi götürüb.

Mayın 3-dən etibarən hökumətin addımına ciddi etirazlar başlanıb. Müəllimlər dövlət televiziyasının canlı efirinə girib, işlərinin ixtisar olunmamasını tələb ediblər. Çərşənbə gününə isə Yunanıstanda dövlət sektorunda çalışanların ümummilli tətil élan ediblər.

Yunanıstan hökuməti böhranla mübarizə üçün xərclərin azaldılması, iş yerlərinin ixtisarı və social ödənişlərin dondurulması kimi t böhrnala mübarizə tədbirlərini bu həftə parlamentin müzakirəsinə təqdim edəcək.
XS
SM
MD
LG