Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:07

Həbsxanadakı müəmmalı ölümlərlə bağlı cinayət işi açılıb


Rusiyada bir qadının istintaq müddətində həbsxanada ölməsinin ardınca Baş prokurorluğunun İstintaq İdarəsinin Moskva vilayəti üzrə rəhbəri Aleksandr Filippov vəzifədən azad edilib, işi aparan müstəntiqə qarşı da cinayət işi açılıb.

Rusiya Prokurorluğunun İstintaq İdarəsinin rəhbəri Vladimir Markin özü mayın 4-də məlumatı yayıb.

Fırıldaçılığa cəhddə ittiham edilən 53 yaşlı iş adamı Vera Trifonova saxlandığı təcridxanada qəfildən dünyasını dəyişmişdi. Hüquq müdafiəçiləri ötən ilin dekabrından bəri həbsdə olan qadının işgəncələr nəticəsində dünyasını dəyişdiyini iddia edir.

Eyni təcridxanada noyabr ayında 37 yaşlı vəkil Sergey Magnitski də dünyasını dəyişmişdi.
XS
SM
MD
LG