Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:00

Onluqdakı əsərlərin çapına başanıb


“Əli və Nino” Kitab evinin təsisçiliyi ilə keçirilən Milli Kitab Mükafatının (MKM) qaliblərinin adı mayın 23-də açıqlanacaq.

Bu barədə Lent.az-a MKM-nın mətbuat xidmətindən bildiriblər.

Mayın 1-ə nəzərdə tutulan tədbir münsiflər heyətinin hələ də bir qərara gəlməməsi səbəbindən uzadılıb. .

Bundan qabaq mükafatın təsisçisi Nigar Köçərli Nigar Köçərli "Mediaforum" agentliyinə demişdi ki, qaliblər mayın 1-də yox, 16-da açıqlanacaq və bu, sponsorların mükafatlandırma mərasimini daha orijinal keçirmək üçün vaxt istəmələri ilə bağlıdır.

N.Köçərli sayta mayın 4-də onu da bildirib ki, Milli Kitab Mükafatı müsabiqəsi çərçivəsində bu həftə iki kitab çap olunacaq.

Müsabiqənin 10-luğuna düşən əsərlərdən ikisi - Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povesti və Əlabbasın “Qiyamçı” romanı kitab şəklində işıq üzü görəcək.

Mükafatın təsisçisi Nigar Köçərli “Media forum” saytına bildirib ki, həftəyə iki-üç kitab olmaqla mayın 23-dək müsabiqənin 10-luğuna düşmüş əsərlər ayrı-ayrılıqda kitab kimi çapdan çıxacaq.

Nigar Köçərlinin sözlərinə görə, artıq müəlliflərlə müqavilələr bağlanıb. Hər kitab 500 nüsxədə çıxacaq və kitabxanalara, kitab mağazalarına paylanacaq.

Kitabların təqdimatına gəlincə, müsabiqənin təsisçisi qeyd edib ki, bu tədbir müsabiqə qaliblərinin elan olunması tədbirindən ayrı keçiriləcək. Milli Kitab

Müsabiqəyə ümumilikdə 265 əsər təqdim olunub.

Onlardan 205-i Azərbaycan, 60-ı rus dilindədir.

İlk onluqda isə Şərif Ağayar, Əlabbas Bağırov, Nəriman Əbdülrəhmanlı, Samit Əliyev, Eyvaz Əlləzoğlu, Elxan Qaraqan, Kamran Nəzirli, Əjdər Ol, Rafiq Tağı və Fəxri Uğurlunun əsərləri yer alıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG