Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:19

Azərbaycan-NATO əməkdaşlığının 16 illiyi qeyd edilir


Mayın 4-də Bakıda Azərbaycan-NATO əməkdaşlığının 16 illiyinə həsr olunmuş konfrans keçirilir.

APA-nın məlumatına görə, Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) və NATO ilə əlaqələndirici olan Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konfrans həm də Alyansın yaranmasının 61 illiyinə həsr olunub.

Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureki bildirib ki, Rumıniya Azərbaycan-NATO dialoqunu alqışlayır və alyansın ölkəmizdəki koordinatoru kimi «Azərbaycanın Şimali Atlantika alyansına yaxınlaşmasına öz töhfəsini verməyə çalışır, çünki bu yaxınlaşmanı Azərbaycan özü istəyir».

Səfir həmçinin qeyd edib ki, Azərbaycanın NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasında iştirakını da dəstəkləyir. Nikolae Ureki bildirib ki, bu tip konfransların keçirilməsində əsas məqsəd NATO-nun rol və funksiyasını aydınlaşdırmaqdır:

«Biz Alyansın oynadığı rolu Azərbaycan ictimaiyyətinə çatdırmağa can atırıq. Çünki bir qayda olaraq postsovet ölkələri alyans barədə səthi təsəvvürlərə malikdir».

Tədbirdə Azərbaycanın Xarici İşlər Nazirliyinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli və xarici ekspertlər, bir sıra QHT-lərin rəhbərləri iştirak edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG