Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:47

Sabirabadın kəndi su altında qala bilər



Sabirabadın Kür çayı sahilindəki Əlicanlı kəndi su altında qalmaq təhlükəsilə üzləşib. Bu barədə AzadlıqRadiosuna kənd sakinlərindən Şahbaz Əkbərli məlumat veriblər. Ötən günlərlə müqayisədə suyun səviyyəsinin bir xeyli qalxdığını deyən kənd sakininə görə, müvafiq qurumların iş aparmaması, onları narahat etməkdədir:

«Bənd atma idarəsindən də baxan yoxdur, bir sahə rəisi var onun da telefonuna zəng çatmır ki, deyək bizə boş kisələr göndərsinlər ki, özümüz nə isə bir addım ataq».

Kür çayı sahilində olan digər yaşayış məntəqələrində də vəziyyət ürəkaçan deyil.
Salyan şəhərinin əksər yerləri qrunt suları içərisəndə qalıb. Şəhər sakini Emil Məmmədovun AzadlıqRadiosuna verdiyi məlumata görə, rayon mərkəzində bütün həyətlər, evlərin zirzəmiləri qrunt sularıyla dolub. Rayonun Çuxanlı, Qaraçala və digər kəndlərində 500-dək fərdi evin həyəti su içərisindədir.

Rayon fövqəladə hallar komissiyasının məlumatına görə, qrunt sularının qalxması nəticəsində beş ev uçub, 30-dan artıq ev qəzalı vəziyyətə düşüb.

Bundan başqa, 200 hektardan artıq əkin sahəsi su altında qalıb.
XS
SM
MD
LG