Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 09:08

İslam Kərimov qonşuların su siyasətini tənqid edir


Özbəkistan prezidenti İslam Kərimov qonşu ölkələrin su siyasətini tənqid edib.

O, Asiya İnkişaf Bankı rəhbərliyinin Daşkənddə keçirilən toplantısına müraciətində deyib ki,
qonşu ölkələrin su siyasətinin nəticələrinə görə onların özləri məsuliyyət daşıyacaqlar.

Onun sözlərinə görə bu siyasətin ekoloji nəticələri hesablanmayıb.

Kərimov ad çəkməyib, ancaq Özbəkistanın pambıq tarlaları Tacikistandan və Qırğızıstandan gələn sulardan asılıdır.

Tacikistan bu sular üzərində su anbarı tikib, elektrik stansiyası qurmaq istəyir,
Özbəkistan isə narahatdır ki, bu plan pambıq sahələrinin azalmasına gətirəcək.
XS
SM
MD
LG