Qırğızıstanın müvəqqəti hökuməti Kurmanbek Bakiyevin ətrafındakı keçmiş məmurların yeri haqqında məlumat verənlərə 20 mindən 100 min dollara qədər mükafat verəcəyini bildirib. Ağır cinayətlərdə ittiham olunan həmin məmurların sayının 12 olduğu bildirilir.
Onların arasında Kurmanbek Bakiyevin 3 qardaşı, o cümlədən təhlükəsizliyi ilə məşğul olan Janıbek Bakiyev, kiçik oğlu Maksim Bakiyev və baş nazir Daniyar Usenov da var.