Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

«Obama pafosla danışır, Rusiya liderləri isə əksinə…»


«Prezident Obama pafoslu çıxışlar edir. Lakin bu çıxışın arxasında bir əməl dayanmır. Rusiya liderləri isə əksinə, danışmır, əməli iş görürlər».

Bunu Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov ötən cümə Montana Dövlət Universitetini tələbələri qarşısında çıxışında deyib.

Konsulun sözlərinə görə, Birləşmiş Ştatların son illər apardığı siyasət onun Mərkəzi Asiyadakı mövqeyinin zəifləməsi ilə nəticələnib.

E. Süleymanov deyib ki, Klinton administrasiyası regiona hərtərəfli yanaşırdısa, Buş və Obama administrasiyaları bu regiondakı xarici siyasəti simvolizmə kökləyiblər. Buş administrasiyası regiondakı əsas diqqətini məsələn, Gürcüstandakı qızılgül inqilabı kimi demokratik inqilablara yönəltmişdisə, Obama administrasiyası əsas diqqətini nəyin bahasına olursa, olsun Türkiyə-Ermənistan gərginliyini azaltmağa yönəldib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov da konsulun fikirlərinin Azərbaycanın rəsmi mövqeyi ilə üst-üstə düşdüyünü deyir:

«Elin Süleymanovun ABŞ-ın indiki siyasətilə bağlı dedikləri Azərbaycanın rəsmi mövqeyindən elə də fərqlənmir».

«Ölkənin rəsmi mövqeyini Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənov bəyan edib və ondan sonra Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun məqalələrində də bu mövqe var», - deyə Elxan Poluxov bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG