Keçid linkləri

2017, 28 May, bazar, Bakı vaxtı 18:32

Mehriban Əliyevadan Afrikada qızların orta təhsilinə dəstək


Irina Bokova YUNESKO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirərək Azərbaycanın birinci xanımı ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Bu yaxınlarda təhsil sahəsində bir neçə layihənin hazirlandığını diqqətə çatdıran YUNESKO-nun baş direktoru bu layihələrdə Mehriban Əliyevanın iştirak etməsini arzulayıb.

Irina Bokova qeyd edib ki, YUNESKO orta təhsil sisteminin inkişafına böyük diqqət yetirir və bununla əlaqədar bir sıra tədbirlər həyata keçirmək niyyətindədir.

Layihələrin əsas məqsədi bütün dünyada, xüsusən də Afrika ölkələrində qızlarin orta təhsil almasina nail olmaqdır. İrina Bokova Azərbaycanda təhsil sahəsində bir çox mühüm layihənin reallaşmasında böyük xidmətləri olan Mehriban Əliyevanın bu tədbirdə iştirakını arzulayaraq, Azərbaycanın birinci xanımının həmin təşəbbüsə dəstək verəcəyinə ümidvar olduğunu bildirib.

Mehriban Əliyeva İrina Bokovanın təklifini qəbul edərək, bu layihələrə dəstək verəcəyini söyləyib.

Xəbərdə həmçinin deyilir ki, Mehriban Əliyevanın Azərbaycana dəvətini Irina Bokova məmnunluqla qəbul edərək, yaxin vaxtlarda Azərbaycana səfər edəcəyini bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG