Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

İranın daxili işlər naziri Azərbaycana gəlir


İranın daxili işlər naziri Mustafa Məhəmməd (solda) Bəsiclərin rəhbəri general Məhəmməd Rza Nağdi ilə. Mart 2010
İranın daxili işlər naziri Mustafa Məhəmməd (solda) Bəsiclərin rəhbəri general Məhəmməd Rza Nağdi ilə. Mart 2010
İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmmədin başçılıq etdiyi nümayəndə heyəti mayın 3-də Azərbaycana səfərə gələcək.

İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, səfər daxili işlər naziri Ramil Usubovun dəvəti əsasında baş tutacaq.

Səfər çərçivəsində İran nümayəndə heyətinin daxili işlər naziri və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.

İranın daxili işlər nazirinin müavini Mehdi Məhəmmədifər isə mayın 2-də Şamaxı şəhərinə səfər edib.

M. Məhəmmədifər Şamaxıda elmi, mədəni və iqtisadi sahələrə məsul şəxslərlə görüşlər keçirib. O, Şamaxı Avtomobil Zavoduna da baş çəkib.

İranın Bakıdakı səfərliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndərinin APA-ya verdiyi məlumata görə, İran DİN-nin nümayəndələrinin Azərbaycanın digər rayonlarına da səfəri gözlənilir.
XS
SM
MD
LG