Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:27

Əhmədinejad Nyu-Yorka yollanıb


İran prezidenti Mahmud Əhmədinejad nüvə silahlarının yayılmaması ilə bağlı konfransda iştirak etmək üçün bu gün Nyu-Yorka yollanıb.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib ki, prezident konfransa nüvə sahəsində İran xalqının hüquqlarını qorumaq üçün gedir və bu sahədə İranın açıq mövqüini bildirəcək.

Mahmud Əhmədinejad konfransda sabah çıxış etməlidir.

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton bildirib ki, əgər Mahmud Əhmədinejad konfransda məsələ ətrafında dolaşıqlıq yaratmaq istəsə isti qarşılanmayacaq.

Qərb hesab edir ki, İran zənginləçdirilmiş urandan nüvə silahının istehsalında da istifadə edə bilər.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG