Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:22

İranın Daxili İşlər naziri Bakıya gəlir


İranın Daxili İşlər naziri Mustafa Məhəmməd Nəccar gələn həftə Azərbaycana gəlir.

Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

İranlı nazirin nümayəndə heyəti Daxili İşlər naziri Ramil Usubovun dəvətinə əsasən mayın 3-5 tarixlərində Azərbaycanda olacaq.

M.M. Nəccar səfər çərçivəsində R.Usubov və Azərbaycanın digər yüksək rütbəli rəsmiləri ilə görüşüb danışıqlar aparacaq.
XS
SM
MD
LG