Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:03

Qarabağ məsələsi münasibətlərin normallaşması prosesini əngəlləyir


"Azərbaycanla Ermənistan arasındakı münaqişə həll olunmadan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasıyla bağlı atdığımız addımlar əngəllə üzləşəcək”.

Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində deyib.

O, televiziya ilə çıxışında aprelin əvvəllərində Vaşinqtona səfəri və orada keçirdiyi görüşlərdən danışıb.

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub və o qeyd edib ki, bu münaqişənin həlli istiqamətində qəti addımların atılması Türkiyə üçün çox vacibdir.

Sitat

“Biz əvvəlcədən şərt irəli sürülməməsini qəbul edirik. Amma bunun qarşısında bir arqumentimiz var. O da bölgədə sülhə xidmət edəcək bir razılaşmadır. Bölgədə sülhün yaranmasında iki vacib iştirakçı var-Azərbaycan və Ermənistan”.

Sitatın sonu.

Ərdoğan Ermənistanın Türkiyə ilə imzalanmış protokolların ratifikasiyasını dayandırmasına da münasibət bildirib.

O qeyd edib ki, bu Ermənistanın öz qərarıdır və burda Türkiyənin mövqei dəyişməyib.

Türkiyə bu protokollara sadiq olaraq qalacaq.

XS
SM
MD
LG