Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:22

Məhkəmə Selinceri “çovdarlıqda oğurluqdan qorudu”


C.D.Selincer
C.D.Selincer
İsveç yazıçısı Fredrik Koltinq (ədəbi təxəllüsü Con Devid) “60 il sonra. Çovdarlıqdan keçib gələrək” romanını Britaniyada çap etdirib. Amma onun Amerikanın kitab bazarına yol tapmaq istəyi baş tutmayıb.

Səbəb də odur ki, Amerika məhkəməsinin qənaətinə görə, əsər 20-ci əsr ədəbiyyatının ən görkəmli simalarından olan Amerika yazıçısı Cerom Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını çox xatırladır və çətin ki, Amerikada çapı mümkün olsun. (AP)

Amerikanın Manhettendəki 2-ci Federal Dairə Apelyasiya Məhkəməsi aprelin 30-da aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Aşağı instansiya məhkəməsi isə keçən il qərar qəbul etmişdi ki, İsveç yazıçısının əsərinin nəşri mümkünsüzdür, çünki Selincerin romanının əsasında yazıldığı aydındır, tekstində də “Çovdarlıqda uçurumdan qoruyan”a nə parodiya, nə də tənqidi yanaşma var.

“60 il sonra. Çovdarlıqdan keçib gələrək” - Fredrik Koltinqin debüt romanıdır.

O iddia edir ki, Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını ikicə dəfə oxuyub, amma qəribədir ki, onun romanının çox hissəsi Selincerin romanına əsaslanır.

Buna “Çovdarlıqda uçurumdan qoruyan”ın davamı da demək olar.

Selincerin qəhrəmanı Holden Kolfildin xarakteri yeniyetmələrin qiyamçı təbiətini ifadə edir.

Selincer həyat yoldaşı ilə birgə
İsveç yazıçısı isə onun adını Mr. K. kimi göstərir və 60 il sonra – ahıl yaşlarında onun başına gələnləri təsvir edir.

Mr. K. oğlu tərəfindən qocalar evinə köçməyə məcbur edilir və bu dəfə oxucu – qəhrəmanın qocalıq qiyamının şahidi olur.

O, qocalar evini tərk edir və avtobusa minib Nyu-Yorka ollanır.

Koltinqin İsveçdə kiçik nəşriyyatı var, o əsasən, astrologiya, kulinariya kitabları çap edir.

Koltinq öz əsərini Selincerin fanatı kimi yazdığını, “Çovdarlıqda uçurumdan qoruyan”ın mətninə tənqidi yanaşdığını iddia edir.

Selincer bu ilin yanvarında 91 yaşında vəfat edib. Koltinqi məhkəməyə verməsi Selincerin - öz müəllif hüquqlarını qorumaq üçün ölümündən qabaq etdiyi son cəhd idi.

İlk dəfə 1951-ci ildə çap ediləndən bəri “Çovdarlıqda uçurumdan qoruyan” dünyanın bir çox dillərinə, o cümlədən azərbaycancaya çevrilib. İndiyəcən əsərin bütün dünyada 65 milyon nüsxəsi satılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG