Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 17:24

Polşa təyyarə qəzasının 4 mümkün versiyası araşdırır


Polşa prokurorluğu aprelin 10-da Smolensk ətrafında baş vermiş təyyarə qəzasının 4 mümkün variantını araşdırır.

Bunu Polşanın baş prokuroru Anjey Seremet bu gün seymdə keçirilmiş dinləmələrdə bildirib.

Onun sözlərinə görə versialar belədir: təyyarənin nasazlığı, pilotların səhvi, hər iki tərəfdən dispeçerlərin səhvi və 3-cü şəxslərin müdaxiləsi, o cümlədən terorizm.

Baş prokuror həmçinin istintaqın gedişində Rusiya tərəfinin əməkdaşlığını yüksək qiymətləndirib.
XS
SM
MD
LG