Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:17

Avropa Mərkəzi Bankı Yunanıstana təcili yardım etməyə çağırıb


Avropa Mərkəzi Bankının prezidenti Jan Klod Trişe avro zonasına daxil olan ölkələri təcili Yunanıstana yardım paketinə qoşulmağa şağırıb.

Yunanıstanın baş naziri Qeorqi Papandreu bundan əvvəl xəbərdarlıq edib ki, ölkədəki borc böhranı Avropa və dünya iqtisadiyyatı üçün faciəyə çevrilə bilər.

Avropa Birliyinin iqtisadi məsələlər üzrə komissarı Olli Ren Yunanıstana yardım paketinin şərtləri ilə bağlı danışıqların yekunlaşmaq üzrə olduğunu deyir.

Amma bu paketdə ən çox payı olan Almaniya bildirib ki, Yunanıstan yalnız etibarlı və ciddi iqtisadi plan təqdim etdikdən sonra ona yardım göstərə bilər.
XS
SM
MD
LG