Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:37

Hərbçilər deputatın qohumunu öldürüblər


Əfqanıstanda reydlər zamanı hərbçilər deputatın qohumunu öldürüblər.

Nənqarhar əyalətindən olan deputat Safiya Sidiki bəyan edib ki, Amerika əsgərləri onun qışlağında reyd keçirərkən qohumlarından biri öldürülüb.

Deputat iddia edir ki, əsgərlər qohumlarının əl-qolunu bağlayıb. Daha sonra birini öldürüblər.

Beynəlxalq qüvvələr komandanlığından isə bildiriblər ki, əsgərlər əfqan bölmələri ilə birgə reydlər zamanı silahlı şəxsi güllələyiblər. Bundan əvvəl isə həmin şəxsdən silahını endirməyi tələb ediblər.
XS
SM
MD
LG