Keçid linkləri

Təcili xəbərlər
2023, 09 İyun, Cümə, Bakı vaxtı 08:16

Bloqçuların işi: növbə Ali Məhkəməyə çatdı


Bakı Apellyasiya Məhkəməsinin məhbus bloqçular Emin Milli və Adnan Hacızadə barədə qərarından kassasiya şikayəti verilib. “Turan”a açıqlamasında vəkil İsaxan Aşurov belə deyib.

Bakı Apellyasiya Məhkəməsi martın 10-da Emin Milli və Adnan Hacızadəyə aşağı instansiyada çıxarılmış azadlıqdan məhrum etmə hökmünü qüvvədə saxlayıb. Bloqçular 2009-cu il iyulun 8-də Bakının “Livan” restoranında davadan sonra tutulublar. Gənclər Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə təqsirli biliniblər. Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG