Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Avropa Birliyi avronun sabitliyinə təminat verir


Avropa Komissiyasının sədri Joze Manuel Barrozzo bildirib ki, Yunanıstandakı büdcə böhranına baxmayaraq birliyin üzvləri və Avropa Mərkəzi Bankı avro zonasının sabitliyinə təminat verir.

Beynəlxalq Valyuta Fonduyla Avropa Mərkəzi Bankı Almaniyanın heç bir ilkin şərtsiz Yunanıstana yardım paketinə qoşulmasına çalışırlar.

Avro zonasına daxil olan ölkələr mayda Yunanıstanda yaranmış maliyyə böhranını müzakirə edəcəklər.

Avropa Birliyinin prezidenti Herman Van Rompey Yunanıstana yardım paketinin plan üzrə getdiyini deyib.

Avropa Birliyi ilə Beynəlxalq Valyuta Fondu ümumilikdə Yunanıstana 45 milyard avro yardım vəd ediblər.


XS
SM
MD
LG