Avro zonasına daxil olan ölkələr mayda Yunanıstanda yaranmış maliyyə böhranını müzakirə edəcəklər.
Avropa Birliyinin prezidenti Herman Van Rompey sammitin təxminən mayın 10-da keçiriləcəyini bildirib.
O həmçinin Yunanıstana yardım paketinin plan üzrə getdiyini deyib.
Məlumatlara görə Beynəlxalq Valyuta Fondu Yunanıstana yardım paketində öz payını 10 milyardan 25 milyard avroya qaldırmaq fikrindədir.
Ümumilikdə Avropa Birliyi ilə Beynəlxalq Valyuta Fondu Yunanıstana 45 milyard avro yardım ayıracaqlar.
Avronun məzənnəsi son bir il ərzində ən aşağı həddə düşüb.
Böhrana görə bu gün Yunanıstanda yenidən etiraz aksiyaları keçirilib.
Mayın 5-də isə ölkədə ümummilli tətil gözlənilir.