Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 03:42

Rusiya Danimarka ilə münasibətləri bərpa edir


Rusiya prezidenti Dmitri Medvedev Danimarkada rəsmi səfərdədir. Norveçdən Danimarkaya gələn Medvedevin baş nazir Lars Lokk Rasmussen və şahzadə Marqretlə görüşəcəyi gözlənilir.

Səfər zamanı ölkələr arası münasibətlərin inkişaf etdirilməsi müzakirə ediləcək.

8 il əvvəl Danimarka hökuməti Rusiyanın tələbi ilə bir çeçen yaraqlını ekstradisiya etməkdən imtina etmişdi. Bu hadisədən sonra o zamankı prezident Vladimir Putin Danimarkaya səfərini təxirə salmışdı, münasibətlər pozulmuşdu.
XS
SM
MD
LG