Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Dekabr, Cümə, Bakı vaxtı 10:20

JMK ABŞ-ın Müdafiə Nazirliyini təhqiqata çağırıb


Jurnalistləri Müdafiə Komitəsi ABŞ-ın Müdafiə Nazirliyini İraqda jurnalistlərin qətli ilə bağlı təhqiqat aparmağa çağırıb. Komitənin icraçı direktoru Joel Simon müdafiə naziri Robert Qeytsə ünvanladığı məktubda bildirib ki, İraqda Amerika hərbçiləri tərəfindən ümumilikdə 16 jurnalist və onların 3 assistenti öldürülüb.

Jurnalistləri Müdafiə Komitəsi bu ayın əvvəlində “Cəzasızlıq indeksi” adlı siyahı yaymışdı. Həmin siyahıda jurnalistlərin mütəmadi qətlə yetirildiyi və bu qətllərin lazımınca araşdırılmadığı dövlətlər daxil edilib. Siyahıya İraq, Syerra-Leone və Somali başçılıq edir.

XS
SM
MD
LG