Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Rusiya donanmasının Ukraynada qalma müddətinin təsdiqlənəcəyi gözlənilir


Rusiya hərbi donanmasının Ukraynanın Krım yarımadasında qalma müddətinin 2042-ci ilədək uzadılması barədə sazişin bu gün iki ölkənin parlamentlərində təsdiqlənməsi gözlənilir.

Sazişi aprelin 21-də prezidentlər Dmitri Medvedyev və Viktor Yanukoviç imzalayıblar. Bunun əvəzində Rusiya Ukraynaya satdığı qazın qiymətini 30 faiz azaltmağa razılaşıb.

Müxalifət rus hərbi donanması ilə bağlı sazişi Ukraynanın milli maraqlarının satılması kimi qiymətləndirir. Onların tərəfdarları sazişin parlamentdə təsdiqinə fiziki yolla mane olmağa çalışacaqlarını bildiriblər.

XS
SM
MD
LG