Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Parlamentdə baş prokurorun növbəti müddətə təyinatı müzakirə olunacaq


Bu gün Milli Məclisdə baş prokuror Zakir Qaralovun növbəti müddətə Azərbaycanın baş prokuroru vəzifəsinə təsdiq olunması məsələsinə baxılacaq. Ölkə qanunvericiliyinə görə, Azərbaycanın baş prokuroru vəzifəsinə təyinat 5 ildən bir keçirilir. Artıq ikinci müddət baş prokuror kimi işləyən Zakir Qaralovun səlahiyyət müddəti aprelin 25-də başa çatıb.

Ötən il “Prokurorluq haqqında” qanuna dəyişiklik edilib. Sənədin 16-cı maddəsinin 2-ci hissəsindən “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikası prokuroru vəzifəsinə təyin edilə bilməz” cümləsi çıxarılıb.

XS
SM
MD
LG