Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:28

Buş da yazar oldu


Amerikanın sabiq prezidenti Corc Buş (oğul) da yazarlar sırasına qoşuldu.

O, dövlət başçısı olduğu 8 il haqqında “Qərar məqamları” adlı kitab yazıb.

Kitab bu ilin noyabrında işıq üzü görəcək. Əsərin ənənəvi xatirə kitablarından fərqlənəcəyi, əsasən həlledici qərarların necə verilməsini əhatə edəcəyi bildirilir.

Amerikada da, başqa ölkələrdə də Corc Buşa birmənalı münasibət yoxdur.

Onu “müharibə prezidenti” də adlandıranlar var.

Buş Əfqanıstana və İraqa qoşun yeritdiyinə, terrorçuluqda ittiham edilən müsəlmanların rəsmi ittihamsız saxlandığı Quantanamo düşərgəsinə görə daim tənqid edilib.

Kitabı buraxacaq nəşriyyatdan bildiriblər ki, “2009-cu ilin yanvarında Ağ evi tərk edəndən bəri C.Buş demək olar ki, öz prezidentliyi haqda müsahibə verməyib, ictimai çıxış etməyib.

2008-ci il dekabrın 14-ü. Bağdaddakı mətbuat konfransında bir jurnalist Buşa onun İraq siyasətinə etiraz olaraq ayaqqabı atır.
Bunun əvəzində o, “Qərar məqamları” kitabını yazmaq üçün az qala hər gün masa arxasına əyləşib”.

Nəşriyyat kitabın “səmimi yazıldığını”, orada sabiq prezidentin hətta “öz səhvlərini açıq şəkildə etiraf etdiyini” bildirir.

Əsərdə 2000-ci ilin prezident seçkiləri kampaniyasına, 2001-ci ilin 11 sentyabr terror aktlarına necə reaksiya verilməsinə geniş yer verilib.

Kitabda Buşun öz ailə üzvləri ilə münasibətlərinə də yer ayrılıb.
.
Buşun dövründə vitse-prezident olmuş Dik Çeyni və dövlət katibi işləmiş Kondaliza Raysın memuarları isə 2011-ci ildə nəşr ediləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG