Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Kaçinskinin əkiz qardaşı prezident seçkisinə qatılır


Polşanın dövlət informasiya agentliyi bildirir ki, ölkənin mərhum prezidenti Lex Kaçinskinin əkiz qardaşı Yaroslav Kaçinski prezidentliyə namizədliyini irəli sürəcək. O, sağçı Qanun və Ədalət Partiyasının namizədi kimi seçkiyə qatılır.

Polşa prezidenti Lex Kaçinski aprelin 10-da çox sayda dövlət və hökumət xadimi ilə birlikdə Rusiya ərazisində təyyarə qəzasında həlak olub. Buna görə iyunun 20-də Polşada növbədənkənar prezident seçkisi keçiriləcək.
XS
SM
MD
LG