Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 18:34

52 deputatın mandatı ləğv edilib


İraq məhkəməsi aprelin 26-da 52 deputatın mandatını ləğv edib. Onlar Səddam Hüseynin Bəəz partiyası ilə əlaqələrdə ittiham ediliblər.

Bununla Bununla da nəticələri mart ayında elan edilmiş parlament seçkisi bütünlüklə sual altına düşür. Ali Məhkəmənin sözçüsü bu qərarın sonuncu seçkidə mandat qazanmış iki deputata da şamil edildiyini bildirib.

Son parlament seçkisinin elan edilmiş rəsmi nəticəsinə görə 325 yerlik parlamentdə sünnilərin tərəfdarları olan İraqiyə bloku 91, şiələrin dəstəklədiyi Baş nazir Nuri əl-Malikinin bloku 89 yer qazanıb. Amma Maliki bu nəticəni qəbul etmir. Onun tələbi ilə paytaxt Bağdadda səslər təzədən sayılmalıdır.
XS
SM
MD
LG