Rusiyanın prezidenti Dmitri Medvedev Norveçə dövlət səfərinə gedib. Bu gün başlayan səfər zamanı Barents dənizində uzun müddətdən bəri davam edən sərhəd mübahisəsini müzakirə edəcəklər. Mübahisəli ərazilərdən zəngin neft və qaz yataqlarının olduğu guman edilir.
1970-ci ildən bəri Norveçlə Sovet İttifaqı, indi də Rusiya Barents dənizində 176 min kvadrat kilometr ərazini özlərinin iqtisadi zonaları elan ediblər.
Medvedev səfəri ərəfəsində Norveç qəzetlərinə müsahibəsində deyib ki, iki ölkə arasında dəniz sərhədlərinin tam müəyyən edilməsi tamamilə mümkündür.
Norveçin Xarici İşlər naziri də bu məsələnin müzakirə ediləcəyini, amma budəfəki səfər zamanı yekun qərarın əldə edilməsinin az ehtimal edildiyini deyib.
Aprelin 27-də Medvedev Norveçdən Danimarkaya gedəcək.