Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:12

Çernobıl faciəsindən 24 il ötür


Bu gün Çernobıl faciəsindən 24 il keçir. 1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasının 4-cü enerji blokunda yanğın baş verib və alov 3 bloku bürüyüb. Hadisədən sonra həyat üçün təhlükə kəsb edən radioktiv duman yaranıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib. Qəza nəticəsində Ukraynada 4400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə gəlmiş fəhlələlər idi.

Qəza nəticələrinin aradan qaldırılması ücün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlı da göndərilmişdi. Onlardan 2000 nəfəri Çernobılda aldıqları şüalanmadan vəfat edib.
XS
SM
MD
LG