Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:32

«Azadlıq» bloku İcra Hakimiyyəti qarşısında aksiya keçirəcək


Aprelin 26-da «Azadlıq» blokunun Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirəcəyi gözlənilir. Bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Həsən Kərimovun verdiyi məlumata görə, aksiya ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsinə baxmayaraq, bloka cavab verilməyib.

«Azadlıq» bloku şəhər rəhbərliyinə «Azneft» meydanı, «Teleteatr»ın qarşısı, Parlament prospekti, Cavid bağı, «Nərimanov» kinoteatrının qarşısı, Cəfər Cabbarlı heykəlinin qarşısı və ya Sahil bağının ərazisində mitinq keçirilməsinə icazə verilməsi ilə bağlı müraciət etmişdi.

Azadlıq blokuna AXCP, Liberal, Vətəndaş və İnkişaf partiyaları daxildir.
XS
SM
MD
LG