Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:40

Lukaşenkonun Moskva sammitində iştirakı bəlli deyil


Belarus prezidenti Aleksandr lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətini indiki formada səmərəsiz sayır.

Lukaşenko bildirib ki, təşkilat üzv ölkələrdən biri Qırğızıstanda qan tökülməsi və dövlət çevrilişinin qarşısını ala bilmədiyinə görə onun mənası yoxdur.

O həmçinin deyib ki, təşkilatın qarşıdan gələn Moskva sammitində iştirak barədə hələlik qərar qəbul etməyib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan daxildir.



XS
SM
MD
LG