Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Hakimiyyət müxalifəti hücumla hədələyib


Tailand müxalifətinin liderləri tərəfdarlarını etiraz aksiyalarını davam etdirməyə çağırıb.

Müxalifət artıq bir aydan çoxdur ki, ölkə paytaxtı Banqkokda kütləvi nümayişlər keçirir, düşərgələr qurub.

Hakimiyyət xəbərdarlıq edib ki, istənilən vaxt müxalifət düşərgələrinə hücum edilə bilər.

Hökumət bu gün parlamentin buraxılması və yeni seçkilər keçirilməsi ilə bağlı müxalifətin tələbini rədd edib və bildirib ki, müxalifət Banqkoqda zəbt etdiyi ticarət rayonundan çıxarılacaq.

Amma əməliyyatın nə vaxt başlayacağı bəlli deyil.

XS
SM
MD
LG