Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:18

Timoşenko müxalifəti birləşməyə çağırıb


Timoşenko mitinqdə çıxış edir
Timoşenko mitinqdə çıxış edir

Aprelin 24-də Ukrayna parlamentinin qarşısında Krımdakı Rusiya donanmasının müddətinin daha 25 il uzadılmasına etiraz olaraq aksiya keçirilib.

Aksiyada minlərlə adam iştirak edib.

Keçmiş baş nazir Yuliya Timoşenko aksiyada çıxış edərək müxalifətdə olan bütün qüvvələri bu məsələ ətrafında birləşməyə çağırıb.

Müxalifət qazın qiymətinin ucuzlaşdırılması əvəzində Sevastopoldakı Rusiya bazasının müddətinin uzadılmasını qəbuledilməz sayır, bunun ölkə konstitusiyasına zidd olduğunu deyir.

Həmçinin baş nazirin iqtisadi məsələlər üzrə müavini Sergey Tiqipko bu razılaşmaya görə prezident Viktor Yanukoviçi tənqid edib.

O, «Associated Press» agentliyinə müsahibəsində bildirib ki, Yanukoviç sənədi bağlı qapılar arxasında imzalamamlı, danışıqların gedişi barədə əvvəlcədən məlumat verməliydi.

XS
SM
MD
LG