Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:01

Müharibə Azərbaycan üçün fəlakətlə nəticələnəcək


Münaqişənin hərbi yolla həllinə cəhd Azərbaycan üçün fəlakətlə nəticələnəcək.

Anspress-in məlumatına görə bunu Rusiyanın “RİA Novosti” Agentliyinə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan deyib.

O qeyd edib ki, regionda sülh və stabillik bərqərar olmayınca, Dağlıq Qarabağla bağlı tərəflər arasında həqiqi sülh müqaviləsi imzalanmayınca, münaqişə zonasında hərbi əməliyyatların bərpa olunması təhlükəsi həmişə qalacaq.

Sarkisyan qeyd edib ki, hadisələrin bu cür inkişafı heç zaman Dağlıq Qarabağ problemini həll etməyəcək, əksinə nəticədə regionda yeni münaqişə ocaqları yarana, eyni zamanda uzun müddət qeyri-stabillik hökm sürə bilər-deyə o vurğulayıb.

Amma Sarkisyan yaxın vaxtlarda müharibə təhlükəsi görmədiyini deyib.

/ANS/
XS
SM
MD
LG