Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 16:24

«Ordumuz Ermənistandakı bütün hədəfləri məhv etməyə qadirdir»


Səfər Əbiyev
Səfər Əbiyev
«Cari ildə Silahlı Qüvvələrin inkişafı və təkmilləşdirilməsi istiqamətində yeni keyfiyyət yüksəlişinə nail olunub».

Bu sözləri Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev aprelin 23-də Müdafiə Nazirliyində keçirilmiş müşavirədəki çıxışında deyib.

Nazir tədris ilində birlik və birləşmələrin 70-dək komanda-qərargah təliminin keçirildiyini deyib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub, həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən fəal istifadə edilib:

«2009-cu ildə Silahlı Qüvvələrin artilleriya hissə və bölmələrinin peşəkar şəxsi heyəti, müasir silah və texnika, avtomatlaşdırılmış idarəetmə sistemləri, o cümlədən müasir yaylım atəşli reaktiv sistemləri ilə komplektləşdirilməsi nəticəsində yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərinin böyük bir ərazidə məhv edilməsi imkanı yaradılıb… Yeni silah sistemlərinin alınması və quraşdırılması nəticəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir. Cənab prezident, Sizə məruzə edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisində hansı yerdə olmasına baxmayaraq, hər bir hədəfi məhv etməyə imkanı var».

S. Əbiyev 2009-cu ilin sonuna Silahlı Qüvvələrin istifadəsinə təxminən 1 milyard ABŞ dollarından artıq dəyərdə silah və texnika verildiyini bildirib.

Müdafiə naziri Azərbaycan Ordusunun sosial təminatının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də danışıb:

«Hazırda müxtəlif hərbi qarnizonlarda sosial, mədəni və məişət obyektləri ilə birlikdə 5 hərbi şəhərcik kompleksi inşa edilir. Eyni zamanda, hərbi qulluqçular üçün ümumilikdə 627 mənzili olan yaşayış binalarının inşası davam etdirilir».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG