Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:37

"Ispandilli Nobel"in qalibi açıqlandı


Bəzən “İspandilli Nobel” də adlandırılan Servantes mükafatı bu il Meksika şairi Xose Emilio Paçekoya verilib.

İspaniyanını Mədəniyyət naziri Anxales Qonsales Sinde deyib ki, Paçeko 20-dən çox şeir kitabının müəllifi olsa da, heç vaxt ad-san dalınca qaçmayıb, “yalnız öz qəlbi və ədəbiyyatda ədalət və səmimiyyət axtaranlar üçün yazıb-yaradıb”.

70 yaşlı şair təqdimat mərasimindən sonrakı mətbuat konfransında “Niyə şeir yazırsız” sualının cavabında deyib ki, şeir onun stixiyasıdır, şeir yazmaya bilməz, bu onun həyatının bir parçasıdır:

“İllərlə topladığım təəssüratları insanlarla bölüşmək istəyirəm və düşünürəm ki, bu, onlar üçün faydalı ola bilər”.

Dünyada ədəbiyyat sahəsində ən nüfuzlu beynəlxalq mükafatlardan olan “Servantes” - yalnız ispandilli ölkələrdən olan müəlliflərə təqdim edilir.

Bu mükafatı yalnız bir dəfə almaq mümkündür və o, yazıçının bütün həyatı boyu əldə etdiyi nailiyyətə görə - “Dünya Ədəbiyyatının İnkişafında xidmətlərinə görə” verilir.

Mükafat 1976-cı ildə təsis edilib.

Diplomdan başqa yazıçıya 125 min avro məbləğində pul mükafatı da təqdim edilir.

Bu mükafata Xorxe Luis Borxes (Argentina), Oktavio Paz (Meksika), Mario Varqas Liosa (Peru) kimi dünyaca məşhur yazıçılar da layiq görülüblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG