Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:42

Partlayışlarda azı 50 nəfər həlak olub


Bağdadda aprelin 23-də dalbadal törədilən avtomobil partlayışlarında azı 50 nəfər həlak olub, 100-dən çox adam da yaralanıb.

Partlayışların üçün şirələrin cümə namazı zamanı məscidin yaxınlığında törədilib. Daha bir partlayış ticarət mərkəzində, biri isə Moqtada əl-Sədrin şiə siyasi qrupunun ofisi yaxınlığında baş verib.

Son günlər İraqın təhlükəsizlik qüvvələri terrorçu əl-Kaidə təşkilatının ölkədəki dayaqlarına zərbələr endirir. Bu gün Bağdadda törədilən partlayışlardan əvvəl paytaxtın qərbindəki Anbar vilayətində yol kənarına yerləşdirilmiş bombalarına partlamasından da yeddi nəfər həlak olmuşdu.
XS
SM
MD
LG