Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

ATƏT Eynulla Fətullayevlə bağlı bəyanat yayıb


ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Mijatoviç Azərbaycan hakimiyyətini Avropa İnsan Haqları Məhkəməsinin qərarına riayət etməyə, jurnalist Eynulla Fətullayevi həbsdən azad etməyə çağırıb:

“Biz həmişə tələb etmişdik ki, Eynulla Fətullayevin işinə iki əsas hüquq baxımından - media azadlığı və ədalətli mühakimə hüququ baxımından yanaşsınlar. İndi Avropa İnsan Haqları Məhkəməsi həbs edilmiş jurnalistin xeyrinə qərar çıxarıb və bunun yalnız bir nəticəsi ola bilər – dərhal azadlığa buraxılmaq”.

Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin işində İnsan Hüquqları Haqqında Avropa Konvensiyasının 10-cu və 6-cı maddələrinin pozulduğu qənaətinə gəlib. Azərbaycan bu Konvensiyanı 2003-ci ildə təsdiq edib.

XS
SM
MD
LG