Zimbabve prezidenti Robert Muqabe və İran prezidenti Mahmud Əhmədinejad Qərbi haqsız yerə onların ölkələrini hədəf seçməkdə ittiham ediblər.
Muqabe deyib ki, hər iki ölkə Qərb dövlətlərinin qoyduğu qeyri-qanuni və ədalətsiz sanksiyaların hədəfidir. Əhmədinejad isə öz növbəsində Muqabenin ölkəsinə rəhbərlik tərzini “bütün ölkələr üçün nümunə” adlandırıb.
İran prezidenti Zimbabvedə iki günlük səfərdədir.