Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:04

Azərbaycan millisi Yaponiyaya uduzub


Otüstü hokkey üzrə Azərbaycanın qadınlardan ibarət yığma komandası Kazanda keçirilən Dünya çempionatının təsnifat yarışlarında növbəti görüşünü keçirib.

Millimiz Yaponiya yığmasına 2-0 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu İtaliya, Rusiya, Uels, Belarus və Yaponiya ilə bir qrupda mübarizə aparan millimizin ilk məğlubiyyətidir.

Hazırda turnir cədvəlində ikinci olan millimiz aprelin 24-də qrup mərhələsinin son oyununda İtaliya komandası ilə qarşılaşacaq.

Otüstü hokkey üzrə Dünya çempionatı bu il avqustun 30-dan sentyabrın 12-dək Argentinanın Rossariyo şəhərində keçiriləcək.
XS
SM
MD
LG