Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 05:40

Həmsədrlər Moskvada birgə bəyanat yayıblar

ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov, Bernar Fasie və Robert Bradtke regiona növbəti səfərlərinin yekunu ilə bağlı birgə bəyanat yayıblar.

ATƏT-in rəsmi saytında yayılmış bəyanatda bildirilir ki, həmsədrlər aprelin 22-də Moskvada hadisələrin son inkişafını, Vaşinqton, Bakı və Moskvada keçirilən görüşlərin nəticələrini müzakirə ediblər.

Həmsədrlər son görüşləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni təkan kimi qiymətləndiriblər.

Həmsədrlər ATƏT-in Minsk Qrupuna bu barədə məlumat vermək üçün mayın əvvəlində Vyanaya gedəcəklər.
XS
SM
MD
LG