Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:50

«Ermənistan arxaya addım atmaq məcburiyyətində qalıb»


Abdullah Gül və Serj Sarkisyan Bursada futbol matçında, 14 oktyabr 2009
Abdullah Gül və Serj Sarkisyan Bursada futbol matçında, 14 oktyabr 2009
«Azərbaycanın Amerikaya qarşı sərt çıxışları Birləşmiş Ştatların siyasətini yumşalda bilər».

Bunu Türkiyənin Çankırı Universitetinin professoru Reha Yılmaz deyib. «İşdən sonra»da politoloq Rasim Musabəyov və Reha Yılmaz Yerevanın protokollarla bağlı prosesin vaxtını dondurması, ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi, İranla yeni açılım perspektiv mövzularını müzakirə ediblər.

Reha Yılmaz deyib ki, Türkiyə xarici siyasətində Ermənistanın protokolları dondurmasından önəmli düstur kimi istifadə edəcək:

- Türkiyənin son iki ildə bu məsələ ilə bağlı yürütdüyü aktiv siyasətin nəticəsi kimi bu gün Ermənistan arxaya addım atmaq məcburiyyətində qalıb.

Reha Yılmaz İranla münasibətlər barədə də fikrini bildirib:

- İranın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı edə biləcəyi heç nə yoxdur. İranın gücü çatmaz, çünki özü ciddi mənada təzyiq altındadır.

Rasim Musabəyov isə hesab edir ki, Azərbaycan uğurlu siyasət yeridir:

- Azərbaycan sübut etdi ki, Türkiyənin iştirakı ilə onun maraqlarına zidd prosesləri saxlamağı bacarır.



MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG