Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:25

Moskvada həmsədrlərin görüşü olub


Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri Moskvada işçi görüş keçiriblər.

Görüşdə rusiyalı hazırkı və keçmiş həmsədrlər İqor Popov və Yuri Merzlyakov, amerikalı vasitəçi Robert Bradtke, fransalı həmsədr Bernar Fasie və

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.

Vasitəçilər aprelin 20-21-də Bakıda keçirdikləri görüşlərin nəticələrini, Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün təşkilini müzakirə ediblər.

Həmsədrlər görüşün mayın 8-də Moskvada keçirilməsini təklif etmək fikrindədirlər.

Görüşlə bağlı vasitəçilərin bəyanatı gözlənilir.
XS
SM
MD
LG